Salome Zurabişvili “Toplaşmaq və nümayişlər haqqında” qanuna dəyişikliklərə veto qoyub
Gürcüstan Prezidenti Salome Zurabişvili “Toplaşmaq və nümayişlər haqqında” qanuna dəyişikliklərə veto qoyub . Bu barədə Prezident Administrasiyası məlumat yayıb.
Prezident Administrasiyasının yaydığı məlumata görə, “prezident daha bir anti-Avropa qanununa veto qoyub”.
“Gürcüstan Prezidenti növbəti anti-Avropa qanunu kimi “Toplaşmaq və nümayişlər haqqında” qanuna dəyişikliklərə veto qoyub” – yayılan məlumatda deyilir.
Parlamentdə “Toplaşmaq və nümayişlər haqqında” qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib. Dəyişikliklərlə bağlı müzakirələr iki gün ərzində sürətləndirilmiş şəkildə aparılıb.