Salome Zurabişvili martın 5-də parlament qarşısında illik məruzə ilə çıxış edəcək
Gürcüstan prezidenti Salome Zurabişvili martın 5-də parlament qarşısında illik məruzə ilə çıxış edəcək.
Bu barədə Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayır.
“Gürcüstan Prezidentinin Administrasiyası prezidentin 2022-ci ilin martın 5-də Gürcüstan parlamentinə illik hesabat təqdim etmək qərarı barədə Gürcüstan parlamentini məlumatlandırıb” – deyə Prezident Administrasiyasından bildiriblər.