Gürcüstan Prezidenti Salome Zurabişvili martın 31-də parlament qarşısına çıxacaq. Bu barədə parlamentin sədri Şalva Papuaşvili parlamentin bürosunun bu gün keçirilən iclasında açıqlayıb.
Sədr bildirib ki, tarix artıq prezidentlə razılaşdırılıb və cari həftənin qeyri-sessiya olduğunu nəzərə alaraq, Salome Zurabişviliyə martın 31-də növbədənkənar iclas çağırmaq üçün müraciət edəcək.