Salome Zurabişvili Marita Meparişvili və Devi Mezurnişvilini “Mülki fədakarlıq” medalı ilə təltif edib
Salome Zurabişvili Marita Meparişvili və Devi Mezurnişvilini “Mülki fədakarlıq” medalı ilə təltif edib

 

Gürcüstan Prezidenti Salome Zurabişvili Marita Meparişvili və Devi Mezurnişvilini “Mülki fədakarlıq” medalı ilə təltif edib.

“Marita Meparişvili 2022-ci ilin oktyabrın 13-də Tbilisidə Vake Parkında baş vermiş faciəvi hadisə zamanı dostlarını xilas etmək üçün göstərdiyi fədakarlığa, böyük insanpərvərliyinə və xüsusi vətəndaş məsuliyyətinə görə təltif edilib və dövlət mükafatı onun ailəsinə verilib.

“Ecoservice Group”un baş bağbanı Devi Mezurnişvili 2022-ci ilin oktyabrın 13-də Tbilisidə Vake Parkında baş vermiş faciəvi hadisə zamanı yeniyetmələrin xilası üçün göstərdiyi fədakarlığa və xüsusi vətəndaş məsuliyyətinə görə mükafatlandırılıb” -deyə Prezident Administrasiyasının yaydığı məlumatda deyilir.