Salome Zurabişvili - Liz Trası baş nazir seçilməsi münasibətilə təbrik edirəm, daha bir qadın lider görmək çox xoşdur, Gürcüstan- Britaniya münasibətlərini gücləndirmək üçün birgə işləməyi səbirsizliklə gözləyirəm
Gürcüstan prezidenti Salome Zurabişvili Liz Trası Böyük Britaniyanın baş naziri seçilməsi münasibətilə təbrik edir.
Salome Zurabişvili Twitter səhifəsində Gürcüstan-Böyük Britaniya münasibətlərini gücləndirmək üçün birgə işləməyi səbirsizliklə gözlədiyini yazır.
“Böyük Britaniyanın yeni baş naziri Liz Trası təbrik edirəm. Bu həlledici anda qitəmizin təhlükəsizliyi və daha güclü transatlantik tərəfdaşlıq naminə çalışan daha bir qadın lideri görmək çox xoşdur. Mən Gürcüstan-Böyük Britaniya münasibətlərini gücləndirmək üçün birgə işləməyi səbirsizliklə gözləyirəm” – Salome Zurabişvili yazır.
Liz Tras Britaniyanın yeni baş naziri seçilib. Bir az bundan əvvəl Britaniyanın “Mühafizəkarlar Partiyası”nın qurultayında səsvermənin nəticələri açıqlanıb.