Salome Zurabişvili Lietuva və Gürcüstanın müstəqilliyi üçün mübarizə aparanların xatirələrini yad etdi
Gürcüstan prezidenti Vilnyusa rəsmi səfər zamanı, Lietuva Respublikasının müstəqilliyi uğrunda mübarizə aparan qəhramanların memorialına əklil qoyaraq, xatirələrini yad etdi.
Salome Zurabişvili həmçinin, Antakalni qəbristanlığında, Gürcüstanın müstəqilliyi üçün mübarizə edən gürcü ofiseri Datiko Maçavarianinin xatirəsinə də hörmət etdi.
Datiko Maçavariani 1918-1921-ci illərdə Gürcüstanın öz sərhədlərini qorumaq üçün apardığı bütün mübarizələrdə iştirak edib.
1921-ci ildə, Maçavariani Rusiyanın Qızıl Armiyasına qarşı mübarizə aparan, yunker məktəbinin yüzlüyünə başçılıq edirdi.
Rusiya tərəfindən Gürcüstanın işğal edilməsindən sonra, emiqrasiyaya gedən Gürcüstan iqtidar nümayəndələri ilə bərabər Datiko Maçavariani də general Giorgi Kvinitadzenin əmri ilə Polşaya getdi, harda Vilno şəhərində yaşayırdı və Polşanın Milli Əsgər batalyonunda xidmət edirdi.
Datiko Maçavariani 1932-ci ilin yanvarın 23-də vəfat etdi.
O Vilnyus şəhərinin mərkəzində, hərbi qəbristanlıqda, Lietuvanın müstəqilliyi üçün mübarizə aparan qəhramanların memorialının yaxınlığında (Antakalnedə) dəfn edilib.