Salome Zurabişvili Kvemo-Kartli regionunda gürcü dilinin öyrənilməsi məsələsi ilə maraqlandı
Gürcüstan prezidenti Salome Zurabişvili Marneulidə, Zurab Jvania adına Dövlət Administrasiyası Məktəbinin regional mərkəzini və Tamarisi kəndinin orta məktəbini ziyarət etdi.
Gürcüstan prezidentinin mətbuat xidmətinin məlumatına görə, Salome Zurabişvili məktəb şagirdləri ilə söhbət zamanı qeyd etdi ki, Kvemo-Kartli regionun mədəniyyət və turizm istiqamətində böyük inkişaf potensialı var və bu potensialdan mütləq istifadə etməlidir.
Salome Zurabişvilinin dediyinə görə, Kvemo-Kartli kimi çox millətli bölqədə gürcü dilinin öyrənilməsinə böyük əhəmiyyət verilməlidir ki, orada yaşayan etnik azlıqların Gürcüstanın ictimai həyatına qoşulma prosesi tezləşdirilsin.
“Bir bölqədə, gürcülərin, azərbaycanlıların və ermənilərin yaşaması, deməkdir ki, ölkəmizdə tolerantlıq, bir-birinə hörmət, sülh və sabitlik var və bu da Qafqazın böyük dəyəridir.
Bu tolerantlığl mütləq qorumalıyıq, çünki, bu məsələ bügün bütün dünyada əsas çağrışlardan biridir.
Bizim kiçik ölkəmizdə belə bir tolerantlığın və sabitliyin qorunması ölkəmizin böyük gücüdür” – qeyd edib Salome Zurabişvili.
Qeyd olundu ki, bu mərhələdə, Dövlət Administrasiyası məktəbinin regional mərkəzi Marneuli Munisipalitetində gürcü dilini, dövlət maliyyələşdirilməsi ilə 250 nəfərə öyrədir.
Marneulinin mərkəzinə gedə bilməyən kəndlərin əhalisi üçün isə, mobil qruplar gürcü dili dərslərini yerindəcə keçirirlər.
Məktəb gürcü dilinin öyrənilməsi istiqamətində Kvemo-Kartlidə 2011-ci ildən işləyir.