Salome Zurabişvili - konstitusiyanın prinsiplərinə, ölkənin və əhalinin seçdiyi yola zidd olan bütün partiyaların fəaliyyəti konstitusiyaya zidd elan edilməli və qadağan edilməlidir
Konstitusiyanın prinsiplərinə, ölkəmizin və onun əhalisinin seçdiyi yola zidd olan bütün siyasi partiyaların fəaliyyəti konstitusiyaya zidd elan edilməli və qadağan edilməlidir- bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvilinin bəyanatında deyilir.
“Parlament üzvü tərəfindən konstitusiya əleyhinə bəyanatlar verilməsi təşviş doğurur.
Ölkənin ali qanunu konstitusiya orqanlarını Gürcüstanın Avropa İttifaqına tam inteqrasiyasını təmin etmək üçün bütün tədbirləri görməyə məcbur edir.
Avropa İttifaqına və Şimali Atlantika Təşkilatına tam inteqrasiya Gürcüstan Konstitusiyası ilə təsbit edilmiş məqsəddir.
Konstitusiyanın prinsiplərinə, ölkəmizin və onun əhalisinin seçdiyi yola zidd olan bütün siyasi partiyaların fəaliyyəti konstitusiyaya zidd elan edilməli və qadağan edilməlidir”- deyə Salome Zurabişvilinin bəyanatında deyilir.