Salome Zurabişvili - Konstitusiya Məhkəməsi səfirlərin təyinatı məsələsində öz sözünü desin, səbirsizliklə gözləyəcəyəm
Salome Zurabişvili - Konstitusiya Məhkəməsi səfirlərin təyinatı məsələsində öz sözünü desin, səbirsizliklə gözləyəcəyəm

 

Davit Bakradzenin Birləşmiş Millətlər Təşkilatına səfir təyin olunması ilə bağlı imzam bir tərəfdən depolarizasiyaya töhfə verməli idi, lakin bu şəkildə qəbul edilmədi, çünki bu gün təəccüblüdür ki, səfir vəzifəsinə yeddi namizədlik aldım, özü də heç bir məxfi məsləhətləşmə aparılmadan -bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili bugünkü brifinqdə açıqlayıb.

Prezident bugünkü təqdimatların hakimiyyətin ona cavabı olduğunu bildirib.

“Hakimiyyət tərəfindən mənim qərarıma verilən bir növ cavab olaraq bu yeddi təqdimat masaya qoyuldu və Konstitusiya Məhkəməsinin bu məsələyə baxmasının zəruri olduğunu hesab edirəm və bu vəziyyət artıq gözləyə bilməz. Mətnlər, mövcud təcrübə və sahib olduğumuz məxfi sənədlər mütəmadi olaraq məxfi məsləhətləşmələrin olduğunu sübut edir, çünki prezidentin imzası, üstəlik də bu sahədə sadəcə olaraq faks ola bilməz. Bundan irəli gələrək Konstitusiya Məhkəməsi öz sözünü desin və mən bunu səbirsizliklə gözləyirəm” – deyə Zurabişvili bildirib.

Xatırladaq ki, hökumət səfirlərin, diplomatik nümayəndəliklərin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi məsələsində prezidentlə hökumət arasında səlahiyyətin ayrılması ilə bağlı iyunun 6-da Konstitusiya Məhkəməsinə müraciət edib.