Salome Zurabişvili Konstantsa limanının rəhbərliyi ilə Gürcüstan-Rumıniya arasında bərə daşımaları məsələsini müzakirə edib
Gürcüstan prezidenti Rumıniyaya rəsmi səfəri çərçivəsində Konstantsa şəhərində onu limanda qəbul edən limanın icraçı direktoru Plorin Visani ilə görüşüb.
Görüş zamanı Rumıniya ilə Gürcüstan arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi və dəniz-bərə yükdaşıma xəttlərinin yaradılmasından danışılıb. Hazırda Gürcüstan yalnız Ukrayna və Bolqarıstanla birbaşa, müntəzəm bərə reyslərinə malikdir, lakin Avropa İttifaqı ilə mavi sərhədin mövcudluğu şəraitində Rumıniya istiqamətində də bərə yükdaşımalarına başlamaq çox vacibdir.
Gürcüstan Dəniz Nəqliyyatı Agentliyinin direktor müavini İvane Abaşidze bildirib ki, prezidentin Konstantsa limanına səfəri mühüm əhəmiyyət kəsb edir, çünki Gürcüstan və Rumıniya arasında dəniz yükdaşımaları və dəniz əlaqələrinin təmin edilməsi ölkələrimiz arasında münasibətlərdə əsas prioritetlərdən biridir.
“Gürcüstan prezidenti səfəri çərçivəsində Gürcüstan və Rumıniya arasında dəniz sahəsində fiziki əlaqələrin zəruriliyini vurğuladı və bu istiqamətdə biz tezliklə çox konkret addımlar atmağı, həm də Batumi, Poti və Konstansa arasında bərə keçidi istiqamətində bu prosesi təşviq etməyi planlaşdırırıq. Bu, daha çox ixrac, Aİ ilə daha çox əlaqə gətirəcək, çünki bizimlə Rumıniya arasındakı Qara dəniz bizi Aİ ilə birləşdirən mavi sərhəddir və bu, Aİ-yə üzv dövlətlərlə olan yeganə birbaşa fiziki əlaqəmizdir. Bundan irəli gələrək, yaxın gələcəkdə başlayacağına ümid etdiyimiz bərə nəqliyyatımız Gürcüstan üçün, ümumilikdə Cənubi Qafqaz və bütövlükdə Mərkəzi Asiya üçün önəmli olan iqtisadi inkişafın çox vacib təyinedicisi olacaq “- deyə İvane Abaşidze bildirib.
Məlumatı Gürcüstan Prezidentinin Administrasiyası yayır.