Salome Zurabişvili - Kiyev və digər şəhərlərin bombalanması dəhşətli xəbərdir, dünya Ukrayna xalqının gücünü gördü, bütün Gürcüstan Ukraynanın yanındadır
Kiyev və digər şəhərlərin bombalanması dəhşətli xəbərdir, mülki əhaliyə hücumda məqsəd onları məhv etmək və qorxu yaratmaqdır, lakin dünya Ukrayna xalqının gücünü gördü -bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili sosial şəbəkədə yazır.
Salome Zurabişvili Gürcüstanın Ukraynanın yanında olduğunu bildirir.
“Kiyev və digər şəhərlərin bombalanması dəhşətli xəbərdir. Mülki insanlara qarşı ayrı-seçkilik etmədən hücumun məqsədi onları məhv etmək və qorxu yaratmaqdır, lakin dünya Ukrayna xalqının gücünü gördü; Bütün Gürcüstan Ukraynanın yanındadır!”deyə Salome Zurabişvili sosial şəbəkədə yazır.