Salome Zurabişvili - Kipr Gürcüstanı təhlükəsiz bir ölkə olaraq, elan etdi
Salome Zurabişvili - Kipr Gürcüstanı təhlükəsiz bir ölkə olaraq, elan etdi

Çox önəmli faktdır ki, Kipr Gürcüstanı təhlükəsiz bir ölkə olaraq, elan etdi, – bu bəyanatı Gürcüstan prezidenti Salome Zurabişvili Kipr Respublikasının prezidenti Nikos Anastasiadis ilə görüşdən sonra keçirilən birgə brifinqdə verdi.

Nikos Anastasiadis Gürcüstana bu məsələ ilə bağlı dəstək haqqında söz etdi.

“Kipr Gürcüstanı təhlükəsiz və olduqca güclü bir ölkə olaraq, təsvir etməyə davam edəcək” – dedi Kipr Respublikasının prezidenti.

Kipr Respublikasının prezidenti Nikos Anastasiadis, həyat yoldaşı Andri Anastasiadis ilə bərabər Gürcüstana səfərlə dünən ilk dəfə gəldi.

İki günlük səfər çərçivəsində Kipr prezidenti Gürcüstanın baş naziri Mamuka Baxtadze və parlamentin sədri İrakli Kobaxidze ilə də görüşəcək.

Səfər çərçivəsində biznes-forum keçiriləcək, hansında Gürcüstan və Kipr arasındaki iqtisadi əlaqələr perspektivləri müzakirə olunacaq.

Anasasiadis Gürcüstan patriarxı ilə də görüşəcək.