Salome Zurabişvili "Xalqın Gücü" tərəfindən təşəbbüsü irəli sürülən qanun layihəsinə qarşı olduğunu və qəbul olunacağı təqdirdə ona veto qoyacağını bildirir
Salome Zurabişvili "Xalqın Gücü" tərəfindən təşəbbüsü irəli sürülən qanun layihəsinə qarşı olduğunu və qəbul olunacağı təqdirdə ona veto qoyacağını bildirir

 
Gürcüstan Prezidenti Salome Zurabişvili “Xalqın Gücü” tərəfindən təşəbbüsü irəli sürülən qanun layihəsinə qarşı olduğunu bildirir.

Salome Zurabişvilinin jurnalistlərə açıqladığı üzrə, bu layihə Gürcüstanı Avropadan uzaqlaşdırır və qəbul olunacağı təqdirdə ona veto qoyacaq.

“Mən indi müzakirəsi aparılan qanunun qəti əleyhinəyəm, bu qanunun müzakirəsinə daxil olmayacağam. İstənilən halda veto qoyacağam. Bu və ya digər maddənin yararsız olmasına dair hüquqi mövqeyim yoxdur , bu bizi Avropadan uzaqlaşdıran birbaşa qanundur. Belə ki, mənim üçün qəbuledilməzdir”-deyə Zurabişvili açıqlayıb.