Gürcüstan prezidenti, Salome Zurabişvili Estoniya prezidenti, Kersti Kalulayd ilə görüşdü.
Görüşdə prezidentlər Gürcüstanda cari durum və işğal xəttində mövcud olan vəziyyət barəsində söhbət etdilər.
“Biz, Gürcüstanda cari durum və işğal xəttində mövcud olan vəziyyət barəsində söhbət etdik. Keçən həftə bilavasitə prosesə qoşuldum ki, Gürcüstan barəsində məlumatı dünya liderlərinə şəxsən çatdıram”, – Kersti Kalulayd bəyan etdi.
Məlumatı Gürcüstan prezidentinin mətbuat xidməti yayır.