Salome Zurabişvili Kelli Deqnan və Karl Hartsel ilə görüşdü
Salome Zurabişvili Kelli Deqnan və Karl Hartsel ilə görüşdü

Gürcüstan prezidenti Salome Zurabişvili beynəlxalq siyasətin mühüm hadisələri ilıə bağlı Amerika Birləşmiş Ştatları və Avropa İttifaqının səfirləri ilə görüşdü.

Bu barədə məlumatı prezident administrasiyasının mətbuat xidməti yayır.

Elə onların məlumatına görə, Kelli Deqnan və Karl Hartsel ilə Orbelianilər Sarayında keçirilən görüşdə söhbət həmçinin 19 apreldə nail olunan razılaşmanın implementasiyasına və ölkədə cari proseslərə aid oldu.