Salome Zurabişvili - cari işğalın dəhşətli nəticələrinə şahid oluruq, lakin reallıq birdir Abxaziyasız Gürcüstan, Gürcüstansız Abxaziya ola bilməz
Salome Zurabişvili - cari işğalın dəhşətli nəticələrinə şahid oluruq, lakin reallıq birdir Abxaziyasız Gürcüstan, Gürcüstansız Abxaziya ola bilməz

 
Bu gün biz cari işğalın dəhşətli nəticələrinə şahid oluruq, lakin reallıq birdir Abxaziyasız Gürcüstan, Gürcüstansız Abxaziya ola bilməz – bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili Abxaziya Günü ilə əlaqədar bildirib.

“Bu gün Abxaziya Günüdür. Bu gün biz çoxlu miflər, yanlış təsəvvürlər və seçilmiş faktlara şahid oluruq ki, bu da nifaq salmaq və parçalanma toxumu səpmək üzrə işləyən Sovet İmperiyasının əl işidir.

Cari işğalın dəhşətli nəticələrinə şahid oluruq: abxaz dili və mədəniyyəti gözümüzün önündə yox olur! Lakin reallıq eynidir: Abxaziyasız Gürcüstan, Gürcüstansız Abxaziya ola bilməz” -deyə Salome Zurabişvili bildirib.