Salome Zurabişvili İsveçrənin "Stadler Rail" şirkətinin icraçı direktoru ilə görüşdü
Salome Zurabişvili İsveçrənin "Stadler Rail" şirkətinin icraçı direktoru ilə görüşdü

Gürcüstan prezidenti, Salome Zurabişvili İsveçrənin “Stadler Rail” şirkətinin icraçı direktoru, Piter Spuller ilə görüşdü.

Prezidentin mətbuat xidmətinin məlumatına görə, söhbət “Stalder Rail” şirkətinin Gürcüstanda investisiya planlarına, dəmir yolu qatarlarının modernləşdirilməsinə və yerli istehsala aid oldu.

“Görüş zamanı şirkətin baş direktoru, Piter Spuller qatarların və lazımi hissələrin yerli konveyer xəttinin yaradılması imkanlarından danışdı, bu da qatar parkının müasirləşdirilməsinə, dəmir yolu xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə, mütəxəssislərin ixtisasının artırılmasına və yerli mütəxəssislərin işlə təmin olunmasına əhəmiyyətli imkanlar yaradacaq.

Prezident təcrübəli şirkətin Gürcüstana marağını alqışladı və qeyd edib ki, daha çox xarici investisiyanın, o cümlədən Avropa bazarlarından cəlb edilməsi üçün maksimum səy göstərilməlidir”, – prezidentin mətbuat xidmətinin məlumatında deyilir.

“Stalder Rail” müxtəlif növ sərnişin və yük qatarlarının istehsalında 80 illik təcrübəsi olan ən böyük İsveçrə şirkətidir.