Salome Zurabişvili işgüzar səfərlə Polşaya gedəcək
Salome Zurabişvili işgüzar səfərlə Polşaya gedəcək

Gürcüstan prezidenti, Salome Zurabişvili dekabrın 5-də Polşa Respublikasının prezidenti, Anjey Duda ilə görüşəcək.

Prezident administrasiyasının mətbuat xidmətinin məlumatına görə, prezidentlər Varşavada Polşa Respublikası Prezidentinin sarayında təkbətək görüşündən sonra mətbuata açıqlamalar verəcəklər.

Gürcüstan Prezidenti dekabrın 6-da Osventsim şəhərində müqəddəs Qriqol Peradzenin şəhid olmasının 80 illiyinə həsr olunmuş tədbirdə iştirak edəcək, burada Gürcüstan və Polşanın birgə poçt markası – “Müqəddəs Qriqol Feradze” təqdim olunması və imzalanması keçiriləcək.

İşgüzar səfər zamanı Gürcüstan prezidenti Avropa Kollecinin nümayəndələri ilə görüşəcək və tələbələrə Gürcüstanın qarşısında durduğu problemlər haqqında açıq mühazirə oxuyacaq.