Salome Zurabişvili - İşğal olunmuş Abxaziyada daha bir Gürcüstan vətəndaşı yerli milislərin fiziki təzyiqi nəticəsində həlak olub, işğal olunmuş ərazilərdə insan hüquqları amansızcasına pozulur
İşğal olunmuş Abxaziyada daha bir Gürcüstan vətəndaşı yerli milislərin fiziki təzyiqi nəticəsində öldürülüb, işğal olunmuş ərazilərdə insan hüquqları amansızcasına pozulur, – bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili sosial şəbəkədə yazır.
“İşğal olunmuş Abxaziyada daha bir Gürcüstan vətəndaşı olan Temur Karbayanın yerli milislərin vəhşicəsinə fiziki təzyiqinə məruz qalması nəticəsində həyatını itirməsi, Rusiya tərəfindən işğal olunmuş ərazilərdə elementar insan hüquqlarının amansızcasına pozulduğunun faciəvi xatırlatmasıdır. Kədərli 75 illikdir”, – Salome Zurabişvili yazır.
Müəllif -
Mehemmed Bayramaliyev