Gürcüstan prezidenti, Salome Zurabişvili İran İslam Respublikasının Xarici İşlər naziri, Məhəmməd Cavad Zərif ilə görüşdü.
Prezidentin mətbuat xidmətinin məlumatına görə, görüş zamanı Məhəmməd Cavad Zərif Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə qarşı İranın dəstəyini bir daha ifadə etdi.
Elə onların məlumatına görə, Gürcüstan prezidenti işğal və işğal olunmuş ərazilərdə yaranmış durum barəsində söhbət etdi. Prezident söhbət zamanı bölgə və Gürcüstanda sabitliyin əhəmiyyətini xüsusilə qeyd etdi.
“Söhbət həmçinin, ikitərəli əlaqələri əhəmiyyətli dərəcədə yubadan pandemiyaya aid oldu.
Gürcüstan prezidenti İran İslam Respublikasının Xarici İşlər naziri ilə bölgənin iqtisadi potensiyalını və yeni əhəmiyyətli imkanlarını müzakirə etdi”, – Gürcüstan prezidentin mətbuat xidmətinin məlumatında deyilir.