Salome Zurabişvili İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin prezidenti ilə görüşüb
Salome Zurabişvili İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin prezidenti ilə görüşüb

 

Gürcüstan Prezidenti Salome Zurabişvili İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin prezidenti Robert Spano ilə görüşüb.

Görüşdə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Gürcüstanda demokratik təsisatların və insan hüquqlarının müdafiəsinin gücləndirilməsi sahəsində rolu vurğulanıb.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Gürcüstanın dostu və tərəfdaşı olaraq insan hüquqlarının müdafiəsinin gücləndirilməsi istiqamətində Gürcüstanla əməkdaşlığa hazırdır.

Robert Spano mövcud çağırışlara baxmayaraq, son 10 il ərzində Gürcüstanda insan hüquqlarının müdafiəsi, məhkəmələrə yönəlik etimadın artması və demokratik təsisatların gücləndirilməsi istiqamətində xeyli iş görüldüyünü qeyd edib.

Gürcüstan prezidenti depolarizasiyanın əhəmiyyətini vurğulayıb. Prezident Gürcüstan tərəfindən Aİ-yi üzvlüyünə namizəd statusu əldə edilməsi prosesində Avropa İttifaqının tövsiyyələrinin yerinə yetirilməsinin vacibliyindən danışaraq, Avropa İttifaqının İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarından gürcü məhkəmələrinin öz qərarlarında fəal istifadəsini nəzərdə tutan tövsiyyəsini vurğulayıb. Öz növbəsində, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bu baxımdan Gürcüstanla əməkdaşlığa tam hazır olduğunu ifadə edir.

Tərəflər, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin Avropada və dünyada sülhə, təhlükəsizliyə və insan hüquqlarının qorunmasına təhlükə yaratdığını bir daha qeyd ediblər.

Görüşdə işğalın sülh və hüquqi yolla tənzimlənməsi baxımından Avropa Məhkəməsinin roluna toxunulub. Bu baxımdan Strasburq Məhkəməsinin 21 yanvar 2021-ci il tarixli qərarının əhəmiyyəti bir daha vurğulanıb.

Robert Spano, Gürcüstanın Ukraynadan xeyli əvvəl Rusiyanın təcavüzünün qurbanı olduğunu qeyd edib. Həm Gürcüstan, həm də Ukrayna halında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Rusiyanın suveren dövlətlərə hücumu, hərbi təcavüz və işğal nəticəsində insan hüquqlarının kütləvi və ən ağır şəkildə pozulmasına görə beynəlxalq ictimaiyyət və beynəlxalq hüquq qarşısında tam məsuliyyət daşımasında maraqlıdır.

Məlumatı Prezident Administrasiyasının mətbuat xidməti yayır.