Salome Zurabişvili illik hesabatla martın 14-də parlament qarşısında çıxış edəcək
Gürcüstan prezidenti Salome Zurabişvili illik hesabatla martın 14-də parlament qarşısında çıxış edəcək. Bu məsələ ilə bağlı Prezident Administrasiyası və parlament rəhbərliyi arasında artıq razılıq əldə olunub.
Dünən, prezidentin parlament katibi və parlament sədri arasında bu mövzuda konsultasiya keçirilib.
Sabah prezidentin illik çıxışı ilə bağlı büronun iclası keçiriləcək və martın 14-də iclas çağırılacaq.