Salome Zurabişvili illik hesabatı fevralın 6-da parlamentə təqdim etməlidir
Salome Zurabişvili illik hesabatı fevralın 6-da parlamentə təqdim etməlidir

Gürcüstan Prezidenti Salome Zurabişvili illik hesabatı fevralın 6-da parlamentə təqdim etməlidir.

Göstərilən tarix əsasnamə ilə müəyyən edilir. Əsasnamədə qeyd olunur ki, parlament yaz sessiyasının ilk plenar iclası günü Gürcüstan Konstitusiyasına uyğun olaraq ölkənin vəziyyətinin ən mühüm məsələləri üzrə prezidentin illik məruzəsini dinləyir. Qeyd edilən tarix parlamentin sədri ilə razılaşdırılaraq dəyişdirilə bilər.

Əsasnaməyə görə, prezidentin çıxışından sonra fraksiya sədrləri və parlament çoxluğunun lideri çıxış edir.

Çıxışını başa vurduqdan sonra Gürcüstan Prezidenti yekun nitq söyləmək hüququna malikdir.

Bu, Salome Zurabişvilinin prezident kimi sonuncu illik hesabatı olacaq.