Salome Zurabişvili - İki il keçdi, amma Rusiya qalib gələ bilmədi, Ukraynanın qətiyyətini sarsıda bilmədi
İki il keçdi, amma Rusiya qalib gələ bilmədi, Ukraynanın qətiyyətini sarsıda bilmədi -bu haqda Gürcüstan Prezidenti Salome Zurabişvili müraciətində bildirir.
Prezidentin qeyd etdiyi kimi, Rusiya Avropanı parçalaya bilmədi.
“İki il… iki il keçdi, amma Rusiya qalib gələ bilmədi. Rusiya Ukraynanın və sizin qətiyyətinizi sarsıda bilmədi. Rusiya Avropanı parçalaya və Avropanı sizdən ayıra bilmədi. Sizə münasibətdə həmrəylik yekdildir, dəstək göz qabağındadır, uğur və qələbə sizindir”- Zurabişvili bildirir.