Salome Zurabişvili - iqtidar zorakılıqdan heç olmazsa sözlə belə uzaqlaşmır, əksinə, zorakılıq törədəni ürəkləndirir və qurbana qarşı təkrar zorakılıq törədir, bu ölkəmizə yaraşmır, utanmalısınız
Ölkəmizdə yaranmış vəziyyət, qadınlara qarşı zorakılıq və üstəlik, ona müxtəlif formalarda bəraət qazandırılması narahatlıq doğurucudur -bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvili Orbeliani sarayında keçirilən brifinqdə açıqlayıb.
Prezident hər bir qısnamanı, sözlü və ya fiziki hücumları qəti şəkildə qınadığını qeyd edib.
“Öz utancverici ironiyaları ilə haqq qazandırılmaz birinə bəraət qazandırırlar, bunu da zarafat hesab edirlər, hətta ictimai sima iddiası olan qadınlar belə. Bu cür qeyri-sivil, qeyri-ictimai, qeyri-bərabər yanaşma insani, əxlaqi baxımdan mənim üçün anlaşılmazdır. Üstəlik sözlü zorakılıqla başlayan şeyin çox vaxt fiziki zorakılıqla davam etdiyini və bəzi hallarda femisidin faciəvi nəticəsi ilə bitdiyini bildiyimiz fonunda.
İstənilən qısnamanı, sözlü və ya fiziki hücumları qəti şəkildə qınayıram. Mən ilk növbədə bir qadın və bir prezident kimi qınayıram. Mədəniyyətimizə, adət-ənənələrimizə, nəzakətimizə heç bir aidiyyəti olmayan və yalnız tarixini bildikləri və yenə də bildikləri Gürcüstanın nüfuzuna xələl gətirə bilən hər şeyi qınayıram.
Tariximizə, nüfuzumuza xələl gətirmək həm də siyasi ziyanla müşaiyət olunur. Hökumətin 12 tövsiyənin qadın hüquqları və genderlə bağlı olan hissəsini həyata keçirməklə fəxr etdiyi bir vaxtda belə çıxır ki, biz bir əlimizlə kağızda yazılanları o biri əlimizlə ləğv edirik. Üstəlik, iqtidar zorakılıqdan heç olmazsa sözlə belə uzaqlaşmır, əksinə, zorakılıq törədəni ürəkləndirir və qurbana qarşı təkrar zorakılıq törədir, bu ölkəmizə yaraşmır, utanmalısınız”- deyə Salome Zurabişvili açıqlayıb.