Salome Zurabişvili - Hər cür təzyiqlərə, təhqirlərə tab gətirən, absurd ittihamlar qarşısında Prezident İnstitutunu ləyaqətlə müdafiə edən nümayəndələrimə təşəkkür edirəm
Salome Zurabişvili - Hər cür təzyiqlərə, təhqirlərə tab gətirən, absurd ittihamlar qarşısında Prezident İnstitutunu ləyaqətlə müdafiə edən nümayəndələrimə təşəkkür edirəm

Mən hər cür təzyiq və təhqirlərə tab gətirən, absurd ittihamlar və mövcud olmayan sübutlar qarşısında Prezident İnstitutunu layiqincə müdafiə edən nümayəndələrimə təşəkkür etmək istərdim, – Gürcüstan Prezidenti Salome Zurabişvili bu barədə sosial şəbəkədə yazır.

Salome Zurabişvili impiçment məsələsi ilə bağlı Konstitusiya Məhkəməsində bu gün keçirilən proseslərə cavab verib.

“Görünməmiş məhkəmə prosesində həm mənə, həm də onlara qarşı hər cür psixoloji, mənəvi təzyiqlərə, təhqirlərə tab gətirən, absurd ittihamlar və mövcud olmayan sübutlar qarşısında Prezident İnstitutunu ləyaqətlə müdafiə edən nümayəndələrimə təşəkkür edirəm” –  Salome Zurabişvili yazıb.

Konstitusiya Məhkəməsi bu gün Gürcüstan Prezidentinə qarşı konstitusiya iddiasına əsaslı şəkildə baxmağa başlayıb. Maia Kopaleişvili və Tamar Çuqoşvili prezidentin məhkəmədəki nümayəndələridir. Prezidentin impiçmenti məsələsi üzrə dinləmə sabah saat 11:00-da davam etdiriləcək.