Salome Zurabişvili - Gürcüstanın işğal olunmuş bölgələrində Rusiya Federasiyasının prezident seçkilərinin keçirilməsi tamamilə qəbuledilməz və qanunsuzdur
Gürcüstanın işğal olunmuş bölgələrində Rusiya Federasiyasının prezident seçkilərinin keçirilməsi tamamilə qəbuledilməz və qanunsuzdur -bu haqda Gürcüstan Prezidenti Salome Zurabişvilinin bəyanatında deyilir.
Zurabişvili beynəlxalq ictimaiyyətə müraciət edərək, Rusiya Federasiyasının qanunsuz və ölkənin suverenliyinə xələl gətirən hərəkətlərinə layiqli cavab verməyə çağırır.
“Gürcüstanın işğal olunmuş bölgələrində Rusiya Federasiyasının prezident seçkilərinin keçirilməsi tamamilə qəbuledilməz və qanunsuzdur. Bu, bir daha Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü kobud şəkildə pozur və beynəlxalq normalara tamamilə ziddir. Bu gün Abxaziya və Sxinvali bölgəsinin hələ də işğal altında olduğu bir vaxtda mən beynəlxalq ictimaiyyəti Rusiya Federasiyasının ölkənin suverenliyinə xələl gətirən bu qanunsuz hərəkətlərinə layiqli cavab verməyə çağırıram. Gürcüstan Prezidenti bu gün Yens Stoltenberqlə Orbeliani sarayında keçirilən görüşdə bu məsələni qaldırıb və bunu bir daha pisləyib” – prezidentin bəyanatında deyilir.