Salome Zurabişvili - Gürcüstan və Rumıniya Rusiyanın nəyə qadir olduğunu bilirik, Gürcüstan Ukraynaya həmrəyliyini nümayiş etdirməyə hazır idi və hazırdır
Gürcüstan və Rumıniya rus imperiya və sovet siyasətinin böyük təcrübəsinə malikdir, təcavüz və işğalın nə demək olduğunu bilirik. Biz Rusiyanın nələrə qadir olduğunu bilirik, Gürcüstan Ukraynaya həmrəyliyini nümayiş etdirməyə hazır idi və hazırdır-bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili Rumıniya prezidenti ilə birgə mətbuat konfransında açıqlayıb.
Salome Zurabişvili Rusiyanın Ukraynaya təcavüzünü bir daha pisləyib və Ukraynada baş verənlərin qəbuledilməz olduğunu qeyd edib.
“Çıxışıma indi Ukraynada baş verənlərlə, bu gün Ukrayna əhalisinə qarşı həyata keçirilən vəhşi raket hücumunu qınamadan başlaya bilmərəm. Bu ölkə Aİ ölkələri arasında Ukrayna ilə ən uzun sərhədi olan ölkədir. Biz bu münaqişəyə daha da yaxınıq. Biz Ukrayna xalqı ilə tam həmrəyik. Ukrayna şəhərlərində baş verənlər sivil dünya üçün tamamilə qəbuledilməzdir. Gürcüstan və Rumıniya rus imperiya və sovet siyasətinin böyük təcrübəsinə malikdir, təcavüz və işğalın nə demək olduğunu bilirik. Biz Rusiyanın nələrə qadir olduğunu bilirik. Bu, artıq bu təcavüzün yeni ölçüsünə keçiddir. Nüvə təhlükəsizliyi baxımından səslənənlər, həmçinin Rusiyanın səfərbərliyə başladığı işğal olunmuş ərazilərimizdə baş verənlər, bütün bunlar qəbuledilməz vəhşi təcavüzün davamıdır. Biz bunun bizim ölkələrimiz, Avropa üçün qəbuledilməz olduğunu bilirik. Bu, təcavüzü başlayanların ümid etdikləri nəticələri göstərməyəcək keçmişin bir formasıdır. Buna heç kim icazə verməyəcək” – deyə Zurabişvili bildirib.
Prezident Rusiyaya qarşı əsas silahın həmrəylik olduğunu söyləyib.
“Bu təcavüzə qarşı əsas silah həmrəylikdir. Mən gürcü xalqının Ukraynaya tam həmrəyliyini ifadə etmək istəyirəm. Bu gün onların vəziyyətinin necə ağır olduğunu bilirik. Gürcüstan həmrəylik nümayiş etdirməyə hazır idi və hazırdır. 30 min ukraynalı ölkəmizdədir və onların sülh içində olmasına imkan vermək bizim üçün əsas məsələlərdən biridir. Şübhəsiz qələbə ilə başa çatmalı olan Ukraynanın bu fədakar mübarizəsində Aİ və Amerikanın səylərini alqışlayırıq, bizim əmin-amanlığımızın, müstəqilliyimizin taleyi burada həll olunur, məncə biz bunu yaxşı dərk etmişik” – deyə Zurabişvili bildirib.