Salome Zurabişvili - Gürcüstan Ukrayna və Moldovaya qoşulur və Aİ-yə üzvlük sorğu vərəqəsini təqdim edir, tarixi prosesdə xalqımızın birlik göstərməsi və birlik içərisində qalması önəmlidir
Gürcüstan Ukrayna və Moldovaya qoşulur və Aİ-yə üzvlük sorğu vərəqəsini təqdim edir, tarixi prosesdə xalqımızın birlik göstərməsi və birlik içərisində qalması önəmlidir-bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili “Twitter”-də yazır.
Prezidentin sözlərinə görə, bu gün böyük addım atılıb.
“Gürcüstan Ukrayna və Moldovaya qoşulur və Aİ-yə üzvlük sorğu vərəqəsini təqdim edir. Üç ölkəni birləşdirən də budur. Bu tarixi prosesdə xalqımızın birlik göstərməsi və birlik içərisində qalması
vacibdir. Təbriklər! “-deyə Salome Zurabişvili yazır.
Gürcüstanın baş naziri İrakli Ğaribaşvili bu gün Hökumət Administrasiyasında Avropa Komissiyasının sorğu vərəqəsinin birinci hissəsini Aİ-nin Nümayəndəliyinin rəhbəri Karl Hartselə təqdim edib.