Salome Zurabişvili - Gürcüstan Rusiyanın Ukraynanın işğal olunmuş bölgələrində keçirdiyi referendumları qəti şəkildə pisləyir və onun üçün qəbuledilməzdir
Gürcüstan Rusiyanın Ukraynanın işğal olunmuş bölgələrində keçirdiyi referendumları qəti şəkildə pisləyir və onun üçün qəbuledilməzdir, – bu barədə Gürcüstan prezidenti, Salome Zurabişvili sosial şəbəkədə yazır.
Prezidentin qeyd etdiyi kimi, bu, beynəlxalq hüququ və qəhrəmancasına mübarizəsini davam etdirən Ukrayna xalqının iradəsini həyasızcasına pozur.
“Biz Ukraynanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləməyə davam etdiririk – bu gün, Soxuminin süqutundan 29 il keçdikdə, bu sözlər daha artıq məna daşıyır, çünki bunu işğalın ağrısının nə olduğunu bilən xalq deyir”, – Zurabişvili yazır.