Salome Zurabişvili - Gürcüstan Rusiya ilə qarşı-qarşıya qalmamalıdır
Gürcüstanın yeni seçilən prezidenti Salome Zurabişvilinin dediyinə görə, Gürcüstan gələcəkdə Rusiya ilə dialoq qurmalıdır, ancaq bunu partnyorları yanında olmadan etməməlidir.
Bu barədə bəyanatı Zurabişvili BBC ilə müsahibə zamanı verdi.
“Keçmişdə Rusiya ilə dialoqdan sonra, Avropa İttifqının rəhbərləri ilə və ABŞ səfirliyi ilə məsləhətləşirdim. Rusiya bunu bilirdi və razı idi. Gürcüstanın mövqeyi belədir: biz özümüzü aldatdırmayacağıq və mən ağılsız prezident olmayacam” – dedi Salome Zurabişvili.
Putinin onun üçün kim olduğu sualına isə, Salome Zurabişvili cavab verdi ki, indiki Putin 2008-ci ildəki Putindən çox fərqlidir.
“O zaman Putin Gürcüstandan bazalarını çıxardmağa razı oldu. Mən düşünürəm ki, bugün o bunu etməzdi. Onun indiki mövqeyi Rusiya ilə dialoq qurmaq imkanını bloklayır” – dedi Salome Zurabişvili.
“Rusiyanın aqressiyasını nəzərə alaraq, bizim yaşadığımız şərtlərdə, Gürcüstanın Rusiya ilə qarşı-qarşıya qalmasına yol verilməməlidir. Qərb partnyorlarımız hər zaman arxamızda olmalıdırlar” – dedi Gürcüstan prezidenti BBC ilə müsahibə zamanı.