Salome Zurabişvili - Gürcüstan müstəqillik dövründə heç vaxt təkpartiyalı sistemdən çıxmayıb, qarşıdan gələn seçkilər bu sistemdən çıxmaq üçün şansdır
Gürcüstan bugünə qədər, müstəqilliyinin 30 ili ərzində az-çox demokratik, azad seçkilərə baxmayaraq, heç vaxt təkpartiyalı sistemdən çıxmayıb, – Bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili RFI-yə verdiyi müsahibədə bəyan edib.
Gürcüstan prezidenti bəyan edir ki, müstəqilliyinin 30 ili ərzində Gürcüstan heç vaxt təkpartiyalı sistemdən çıxmayıb və qarşıdan gələn seçkilər bu sistemdən çıxmaq, həmçinin demokratiyaya xas olan başqa sistemə keçmək şansıdır.
“Gürcüstan müstəqilliyinin 30 ili ərzində heç vaxt təkpartiyalı sistemdən çıxmayıb. Az-çox demokratik, azad seçkilərə baxmayaraq, ümumilikdə mənfi yox, müsbət qiymətləndirilib. Bir-birini əvəz edən hər bir rejimlə biz getdikcə daha çox quruma nəzarət edən təkpartiyalı rejimə qayıtdıq. Qarşıdan gələn seçkilər bu sistemdən çıxmaq şansı və demokratiyaya xas olan başqa bir sistemə keçmək şansıdır, hansı ki, hər yerdə qalib gələn və sonra hakimiyyətdə yeganə olduğunu düşünən bir partiyadan daha çox koalisiyaya bənzəyir”, -Zurabişvili qeyd edib.
Müəllif -
Mehemmed Bayramaliyev