Salome Zurabişvili "Gürcüstan Milli Platforması"nın üzvləri ilə 12 bəndlik planın icrası prosesini müzakirə edib
Salome Zurabişvili "Gürcüstan Milli Platforması"nın üzvləri ilə 12 bəndlik planın icrası prosesini müzakirə edib

 

Gürcüstan prezidenti Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun “Gürcüstan Milli Platforması”nın üzvləri ilə ikinci genişləndirilmiş görüş keçirib və Avropa Komissiyasının 12 bəndlik planının icrası prosesini müzakirə edib.

Məlumatı Gürcüstan Prezidentinin Administrasiyası yayır.

Prezident Administrasiyasından verilən məlumatda Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun nümayəndələrinin 12 bəndlik planın icrası prosesinə “Gürcüstan Milli Platforması”nın cəlb olunması və onların təşəbbüsləri barədə dövlət başçısına məlumat verdikləri deyilir.