Salome Zurabişvili - Gürcüstan hökumətinin praqmatik yanaşmasının əleyhinə ola bilmərəm, bizim iki ərazimiz işğal olunub, hökumət məsuliyyəti dərk edir və tarazlığı saxlamaq naminə prinsiplərdən danışmaq asan deyil
Salome Zurabişvili - Gürcüstan hökumətinin praqmatik yanaşmasının əleyhinə ola bilmərəm, bizim iki ərazimiz işğal olunub, hökumət məsuliyyəti dərk edir və tarazlığı saxlamaq naminə prinsiplərdən danışmaq asan deyil

 
Gürcüstan hökumətinin praqmatik yanaşmasının əleyhinə ola bilmərəm, bizim iki ərazimiz işğal olunub, hökumət məsuliyyəti dərk edir və tarazlığı saxlamaq naminə prinsiplərdən danışmaq asan deyil-bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili beynəlxalq media nümayəndələri ilə görüşdə, Ukrayna ilə bağlı Gürcüstan parlamentinin qətnaməsinə dair BBC jurnalistinin ünvanladığı suala cavab olaraq bildirib.

BBC-nin nümayəndəsi Gürcüstan prezidentindən “Gürcüstan hökumətinin Rusiyaya praqmatik yanaşması” ilə prezidentin razı olub-olmadığını soruşub.

“Gürcüstan prezidenti vəzifəsində Gürcüstan prezidentinin qətnaməsini, yaxud Gürcüstan hökumətinin dəstəklədiyi yanaşmanı müzakirə etməmişik. Mən öz prinsiplərimə sadiqəm, Gürcüstanın mövqeyini dövlətin mövqeyi kimi təqdim edəndə bunu açıq şəkildə ifadə etmişəm. O ki qaldı praqmatik yanaşmaya, mən praqmatik yanaşmanın əleyhinə ola bilmərəm. Artıq qeyd etdim ki, işğal altında olan iki ərazimiz var. Əhalimiz bu problemi yaşayır, gürcü dili və digər gürcü reallıqları ilə çatımlılığa malik olmayan Abxaziya və Sxinvalidə olan vətəndaşlarımız abxaz dilində ünsiyyət qura bilmirlər. Hər iki ərazidə aktiv fəaliyyət gedir, hərbi birləşmələr var. Bu, ilhaq istiqamətində gedir, lakin hökumət məsuliyyət daşıyır, məsuliyyətini dərk edir və tarazlığı saxlamaq naminə prinsiplər haqqında danışmaq asan deyil” – deyə Salome Zurabişvili bildirib.

Bununla yanaşı, BBC jurnalisti Gürcüstan prezidentindən 2008 və 2022-ci illərin ssenariləri arasında oxşarlıq görüb-görmədiyini soruşub.

“İlk növbədə, məndə dejavu hissi var, ssenarilər arasında təbii ki, fərq var, lakin hesab edirəm ki, Rusiya 2008-ci ildə 2021-2022-ci illərdə olduğu kimi deyildi. Elementlər açıq-aşkar fərqdir, Rusiya giriş etmədən birbaşa ilhaq yolundan keçir. Putinin dünən televiziyada elan etdiyi açıqlaması hər kəsi narahat etdi. Tək Gürcüstan deyil, bütün Avropa belə hiss edir. Bütün Avropa, burada təkcə Gürcüstan və ya Ukrayna deyil, həm də bütün Avropanın təhlükəsizlik arxitekturasının diqqət mərkəzində olduğunu başa düşməlidir ” -deyə Salome Zurabişvili bildirib.