Salome Zurabişvili - Gürcüstan bu çətin anda İsrail dövləti ilə tam həmrəy olduğunu bildirir, müasir dünyamızda terror və qeyri-insaniliyə yer olmamalıdır
Gürcüstan bu çətin anda İsrail dövləti ilə tam həmrəy olduğunu bildirir, – bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili “Twitter” sosial şəbəkəsində yazır.
“İsraildə son eskalasiya və günahsız insanların ölümləri məni çox narahat edir. Gürcüstan bu çətin anda İsrail dövləti ilə tam həmrəy olduğunu bildirir. Müasir dünyamızda terrora və qeyri-insaniliyə yer olmamalıdır”, – Salome Zurabişvili yazır.
Bu gün səhər saatlarında Qəzza sektorundan İsrail istiqamətində raketlər atılıb. Hücuma görə məsuliyyəti “Həmas” üzərinə götürüb. Qəzza sektorundan İsrail istiqamətində həyata keçirilən raket hücumu səbəbindən İsrail Müdafiə Qüvvələri müharibə vəziyyəti elan edib.
Bundan əlavə, Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, “Hazırki məlumatlara əsasən, İsraildə yaralananlar arasında Gürcüstan vətəndaşı yoxdur ancaq vətəndaşlar və İsrailin müvafiq xidmətləri ilə əlaqə saxlamağa davam edirik “.
Müəllif -
Mehemmed Bayramaliyev