Salome Zurabişvili gürcü tələbələri və Avropa İttifaqı tələbələrinin təhsil ödənişlərinin bərabərləşdirilməsi məsələsini Avrokomisiyanın prezidenti ilə müzakirə etdi
Salome Zurabişvili gürcü tələbələri və Avropa İttifaqı tələbələrinin təhsil ödənişlərinin bərabərləşdirilməsi məsələsini Avrokomisiyanın prezidenti ilə müzakirə etdi

Gürcüstan prezidenti Salome Zurabişvili Brüsseldə Avropa İttifaqının prezidenti Ursula Fon Der Laynen ilə Avropa İttifaqı və Gürcüstan arasında mövcud olan əlaqələrin inkişafı və daha dərin sektor inteqrasiyası məsələlərini müzakirə etdi.

Söhbətin əsas mövzusu pandemiya, onunla mübarizə və vaksinaların verilməsi idi.

Gürcüstan prezidenti yenə bir daha gürcü tələbələrinni maliyyələşdirilməsi məsələsini irəli sürdü ki, Avropa İttifaqı ölkələrinə təhsil almağa gedən gürcü tələbələrinin təhsil ödənişi Avropa İttifaqından olan tələbələrin təhsil ödənişi ilə bərabərləşdirilsin.

Bu məsələ ilə bağlı Avrokomisiyanın prezidenti təfərrüatlı məlumat tələb etdi və  məsələ üzərində işləmək üçün hazır olduğunu bildirdi.

Bu haqda məlumatı Gürcüstan Prezidentinin Administrasiyası yayır.