Salome Zurabişvili - gürcü polisini peşə günü münasibətilə təbrik edirəm, polislərə vətənə xidmətlərinə və fədakarlıqlarına görə təşəkkürlər
Salome Zurabişvili - gürcü polisini peşə günü münasibətilə təbrik edirəm, polislərə vətənə xidmətlərinə və fədakarlıqlarına görə təşəkkürlər

Gürcüstan prezidenti, Salome Zurabişvili polis işçilərini peşə günü münasibətilə təbrik edir.

Prezidentin “feysbuk” səhifəsində yazdığı kimi, Avropa ölkəsində demokratik institut kimi polisin rolu çox vacibdir.

“Bu gün Brüsseldən, Avropa Parlamentindən gürcü polisini peşə günü münasibətilə təbrik edirəm. Avropa ölkəsində demokratik institut kimi polisin rolu çox vacibdir. Ölkənin demokratiyası və Avropalılığı məhz insan hüquqlarının qorunması və öz vətəndaşlarının təhlükəsizliyi ilə qiymətləndirilir. Polislərə vətənə xidmətlərinə və fədakarlıqlarına görə təşəkkürlər edirəm”, – Zurabişvili yazır.