Salome Zurabişvili - gürcü xalqının Avropa ailəsinə qayıtmaq iradəsi sarsılmazdır
Salome Zurabişvili - gürcü xalqının Avropa ailəsinə qayıtmaq iradəsi sarsılmazdır

Gürcüstan prezidentinin administrasiyası, Salome Zurabişvili ilə Ursula fon der Layen arasında Brüsseldə keçirilən görüş barədə məlumat yayır.

” Gürcüstan prezidenti Brüsseldə Avropa Komissiyasının sədri ilə görüşündə gürcü xalqının böyük Avropa ailəsinə qoşulmaq iradəsini bir daha qeyd etdi və Gürcüstan cəmiyyətinə Avropa İttifaqına namizəd statusunun verilməsinin vacibliyini vurğuladı.

Öz növbəsində, Avropa Komissiyasının sədri Gürcüstanın Avropa perspektivinə qəti sadiqliyini alqışlayır və gürcü xalqının Avropa ailəsinə qoşulmaq iradəsinin açıq şəkildə ifadəsini təsirli adlandırır. Prezidentlər bu həlledici dövrdə sıx ünsiyyət qurmaq barədə razılığa gəldilər”, – məlumatda deyilir.