Salome Zurabişvili - gürcü xalqı Avropa ailəsində öz tarixi yerini qaytarmağa layiqdir, Gürcüstan namizəd statusu almalıdır, bu, Avropanın gücünün və birliyinin təsdiqi olacaq
Salome Zurabişvili - gürcü xalqı Avropa ailəsində öz tarixi yerini qaytarmağa layiqdir, Gürcüstan namizəd statusu almalıdır, bu, Avropanın gücünün və birliyinin təsdiqi olacaq

 

Gürcüstan və gürcü xalqı böyük Avropa ailəsində öz tarixi yerini qaytarmağa layiqdir. Gürcüstan Aİ üzvlüyünə namizəd statusu almalıdır-bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvili Litva Prezidenti Qitanas Nauseda ilə keçirilən birgə brifinqdə açıqlayıb.

O, Gürcüstana namizəd statusunun verilməsinin Avropanın birliyinin təsdiqi olacağını bildirib.

“Bu, bizim birgə qələbəmiz olacaq, bu, Avropanın gücünün və birliyinin daha bir təsdiqi olacaq. Təxminən 20 ildir Litva Avropa İttifaqına və NATO-ya qoşulub. İyirmi il ərzində biz Litvanın Avropa və qlobal təhlükəsizliyin möhkəmləndirilməsi prosesinə xüsusi töhfə verdiyinin şahidi olduq. İyulda Litva NATO-nun Vilnüs zirvə toplantısına ev sahibliyi edir. Gürcüstan Vilnüs zirvə toplantısında ən yüksək səviyyədə iştiraka böyük əhəmiyyət verir. Biz son 20 ildə Alyansa layiqli və etibarlı tərəfdaşlığın çoxlu nümunələrini göstərmişik.

Alyansın Buxarest zirvə toplantısının bəyannaməsinin ruhuna qayıtmaq üçün effektiv addımlar atmasının və iyulda Vilnüsdə Gürcüstanın NATO-ya inteqrasiyasının tərəqqisini bizə göstərməyin vaxtı yetişib. Ümumiyyətlə, heç kim Gürcüstanın və gürcü xalqının məyus olmasına imkan verməməli, təcrid olunmuş Gürcüstanın onun asan hədəfinə çevriləcəyi ilə bağlı Rusiyaya yalan ümidlər verməməlidir. 2024-cü il Gürcüstan və Litva arasında diplomatik əlaqələrin qurulmasından 30 il ötür. Bu tarixi həm ikitərəfli, həm də çoxtərəfli formatda uğurla qarşılamaq üçün bizim hər cür şəraitimiz var” – deyə Salome Zurabişvili açıqlayıb və qonaqpərvərliyə görə Litva Prezidentinə bir daha minnətdarlığını bildirib.