Salome Zurabişvili - Gürcü əsgəri vahid, apolitik və millətinə sadiqdir
Salome Zurabişvili - Gürcü əsgəri vahid, apolitik və millətinə sadiqdir

Gürcü əsgəri vahid, qeyri-siyasi və müllətinə sadiq olan bir vahidlik nümunəsidir.

Bütün Gürcüstan əhalisini bu günki bayram münasibəti ilə təbrik edirəm. Beynəlxalq missiyalarda iştirak əsgərlərimzi də təbrik edirəm, – bu bəyanatı Gürcüstan prezidenti Salome Zurabişvili Müdafiyə Qüvvələrinin 30 illik yubileyinə həsr olunan mərasimdə verdi.

Prezident gürcü əsgərlərinə təşəkkür etdi.

“Bu gün gürcü əsgərinin 30 illik yubileyidir, ancaq hamımız yaxşı bilirik ki, 30 il yox, gürcü əsgəri əsrlər boyu mövcuddur və bir çox müharibənin layiqli iştirakçısı olub.

Bu gün bizim yüksək standartlara müvafiq olan müdafiyə qüvvəmiz var, hansı ki, illərdir beynəlxalq missiyalarda iştirak edir və qlobal təhlükəsizliyə öz qatqısını əlavə edir.  Beynəlxalq partnyorlarımız gürcü əsgərinə etibar edirlər.

Son 30 il Gürcüstan müstəqillik və milli maraqlarının qorunması üçün mübarizə müddəti idi. Qərb kursu və Avropalı gələcəyimiz üçün çox sayda insan həyatı itirlidi. Bu mübarizədə həlak olan qəhramanlarımızın qarşısında baş əyirəm”, – dedi Salome Zurabişvili.

Prezident bəyan etdi ki, vətənə qayğı göstərmək hər bir vətəndaşın borcudur.

Salome Zurabişvili bu gün NATO hərbi komitəsinin sədri və sabiq hərbi xidmətçisi Zaur Komaxidzeyi mükafatlandırdı.