Salome Zurabişvili - gürcü atçılıq sahəsinin inkişafının dəstəyə və təşviq edilməyə ehtiyacı var
Salome Zurabişvili - gürcü atçılıq sahəsinin inkişafının dəstəyə və təşviq edilməyə ehtiyacı var

 

Gürcü atçılıq sahəsinin inkişafı yerli və mərkəzi hakimiyyətin  dəstəyinə ehtiyac duyur, çünki bu, təkcə idman növü deyil, həm də bizim mədəniyyətimiz və adət-ənənələrimizdir – deyə Gürcüstan prezidenti Salome Zurabişvili Sameqreloda, “Xareba” atçılıq klubunu ziyarət edərkən bildirib.

“Enqurhes”in Abxaziyaya körpü olduğu kimi, at və atçılıq da Sameqrelo ilə Abxaziya arasında körpüdür və ümumiyyətlə, birləşdiricidir. Çox sayda atçılıq təsərrüfatlarının olması və onların bölgədən və mərkəzi hökumətdən dəstək görməsi labüddür.

Burada həm abxazların, həm də beynəlxalq tərəfdaşlarımızın gələcəyi böyük yarışların keçirilməsi və buranı öz tarixi funksiyasına qaytarmaq zəruridir. Atçılığın gürcü dövləti və gürcü süvariliyi üçün başqa məna kəsb etdiyini unutmamalıyıq.

Bütün bunları birlikdə başa düşsək və turizm istiqamətini də əlavə etsək, bu, həqiqətən də olduqca vacib və canlandırıcı sənayelərdən biridir. Bu sahəyə diqqət ayırmalıyıq!” – deyə prezident bildirib.

2016-cı ildə əsası qoyulan atçılıq klubunun əsas məqsədlərindən biri gənclər və gələcək nəsillər arasında sağlam həyat tərzinin tətbiqidir.

USAİD-in maliyyələşdirdiyi atçılıq klubunun təsisçisi, dekanoz İakob Exvaia, müassir texnologiya məkanında yeniyetmə təbəqəsinin təbiətdən uzaqlaşdığını və bu səbəbdən atçılığı  inkişaf etdirməyin vacib olduğunu bildirib.

Klubun təsisçisi Gürcüstan prezidentinə klubun inkişafı ilə bağlı hazırlanmış layihəni təqdim edib.