Gürcüstan prezidenti Salome Zurabişvili, İqtisadiyyat Nazirliyinin Dəniz Nəqliyyatı Agentliyinin rəhbəri Tamar İoseliani ilə birlikdə, Qara dəniz terminalını (Ğulevi), Poti Azad Sənaye Zonası, Poti Yeni Dəniz Limanı (PACE GROUP), Poti Dəniz Limanı Korporasiyası (APM Terminal) və Batumi Dövlət Dəniz Akademiyasının filialını- Poti Dəniz Təlim Mərkəzini ziyarət edib.
Prezidentin mətbuat xidməti tərəfindən verilən məlumatda, Salome Zurabişvilinin limanın fəaliyyətinin xüsusiyyətləri, emal olunmuş yüklərin marşrutları və yük dövriyyəsi ilə tanış olduğu deyilir. Terminal rəhbərləri pandemiyadan sonrakı dövrdə yükdaşıma prosesi və regiondakı vəziyyətin ona necə təsir göstərdiyi barədə danışıblar.
“Pace Group”un prezidenti İoseb Dolidze prezidentin gürcü-amerikan layihəsinin sıx vaxt çərçivəsində həyata keçirilməsindən şad olduğunu və Potinin yeni limanının tam istismara verilməsini dəstəklədiyini açıqlayıb.
“Mən bir daha ümumi Gürcüstanı Potinin yeni limanı münasibətilə təbrik etmək istərdim, bu çətin regional şəraitdə, Ukraynadakı müharibə ilə əlaqədar ölkəmiz çox böyük həcmdə yük qəbul etdi. Məhz limanımızda yüklər gəmi üçün nəzərdə tutulmuş partiyalarla yığılır. Bu yüklərin yüklənərək Avropa və Amerikaya göndərilməsi üçün yaxın vaxtlarda ilk gəmini qəbul edəcəyik . Təəssüf ki, gəmilərin hələ də gələ bilməməsi səbəbindən problemlər yaranıb. Buna nail olmaq üçün hələ çox səy göstərmək lazımdır”- deyə İoseb Dolidze bildirib.
“APM Terminal Poti”nin Əməliyyatlar direktoru Metyu Rantanen dəniz limanının genişləndirilməsi layihəsinin başlamaq üzrə olduğunu və prezidentin səfərinin bu layihənin əhəmiyyətini daha da artıracağını bildirib.
“İlkin mərhələdə 400 metr uzunluğunda estakada və dalğaların qarşısını alan dayaq qurulacaq. İkinci mərhələdə əlavə dayaq və infrastruktur olacaq. Gürcüstanda uzun müddətdir ki, daha böyük gəmilərin və yük gəmilərinin limana daxil olmasına, ixrac-idxalın asanlaşdırılmasına, imkanların artırılmasına və limanın inkişafına imkan verəcək dərin su limanına ehtiyac var” – Metyu Rantanen bildirib.
Dəniz Nəqliyyatı Agentliyinin rəhbəri Tamar İoseliani və Batumi Dövlət Dəniz Akademiyasının rektoru Murtaz Devadze Gürcüstan prezidentini Poti Dəniz Tədris Mərkəzində də qəbul ediblər, prezident təlim infrastrukturu və müassir simulatorlarla təchiz olunmuş laboratoriyaları ziyarət edib.