Gürcüstan prezidenti Salome Zurabişvili Giorgi Rurua üçün əfv qərarı verdi.
Bu barədə məlumatı prezident sosiyal şəbəkə “Facebookdan” yaydı.
“Razılaşmanın ilk maddəsinin yerinə yetirilməsini salamlayıram! Mən öz sözümü tutdum və əfv aktını imazaladım!
Kaxa Kuçavayı parlamentin sədri seçilməsi münasibəti ilə təbrik edirəm. Bu gün xalq tərəfindən verilən mandatlardan istifadə edib, parlamentə daxil olan deputatları da təbrik edirəm! Hərkəsə müvəffəqiyyətlər arzulayıram!”, – yazır Salome Zurabişvili.
Salome Zurabişvili əfv aktını müxalifət partiyalarının nümayəndələrinin parlamentə daxil olmalarından öncə verdi.
Bununla yanaşı, amnistiya ilə bağlı başlaması planlaşdırılan qanunlayihə məsələləri ilə bağlı məsləhətləşmələr davam edir.