Salome Zurabişvili -qeyri-hökumət təşkilatlarının azadlığını məhdudlaşdıracaq qanun layihəsi demokratik transformasiya, gender ayrı-seçkiliyinin aradan qaldırılması və Avropaya inteqrasiya yolu üçün zərərli olacaq
Salome Zurabişvili -qeyri-hökumət təşkilatlarının azadlığını məhdudlaşdıracaq qanun layihəsi demokratik transformasiya, gender ayrı-seçkiliyinin aradan qaldırılması və Avropaya inteqrasiya yolu üçün zərərli olacaq

 
Qeyri-hökumət təşkilatlarının azadlığını məhdudlaşdıran bəzi qrupların təqdim etdiyi qanun layihəsi cəmiyyətimizin demokratik transformasiyası, gender ayrı-seçkiliyinin aradan qaldırılması və Avropaya inteqrasiya yolumuz üçün son dərəcə zərərli olacaq – bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvili, Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasının Qadınların Statusu Komissiyasının 67-ci sessiyasında çıxışı zamanı açıqlayıb.

“İndilərdə daha bir çağırış ortaya çıxdı, bu vətəndaş cəmiyyətinin roluna şamil edilib və onun həqiqətən transformasiya funksiyası nöqteyi-nəzərdən, qadınların səsinin daha yaxşı eşidilməsi üçün olduqca vacibdir.

Bu baxımdan mənim ölkəmdə bəzi qruplar tərəfindən təqdim edilən, qeyri-hökumət təşkilatlarının azadlığını məhdudlaşdıran [və, əsas payın qadın fəallara məxsus olduğunu demək lazımdır] qanun layihəsi cəmiyyətimizin demokratik transformasiyası, gender ayrı-seçkiliyinin aradan qaldırılması və real olaraq Avropaya inteqrasiya yolumuz üçün son dərəcə zərərli olacaq.

Bundan irəli gələrək, mən artıq bu qanun layihəsinə qəti etirazımı bildirmişəm və fürsətdən istifadə edərək burada da öz mövqeyimi ifadə edirəm”-deyə Salome Zurabişvili açıqlayıb.