Salome Zurabişvili Fransaya işçi səfərinin rəsmi hissəsinə bu gün başlayacaq
Gürcüstan prezidenti, Salome Zurabişvili Fransaya işçi səfərinin rəsmi hissəsinə bu gün başlayacaq.
Salome Zurabişviliyə bu gün Fransanın ikipalatalı parlamentinin yuxarı palatasının prezidenti, Jerar Larşe ev sahibliyi edəcək.
Günün ikinci yarısında Gürcüstan prezidenti “SciencesPo” İnstitutunda mühazirə oxuyacaq.
Fevralın 19-da Salome Zurabişvilini, Fransa prezidenti Emmanuel Makron qəbul edəcək.
Bundan sonra, iki ölkə prezidenti əməkdaşlıq bəyannaməsinə izma atacaqlar.
Gürcüstan prezidenti, Fransadan sonra Almaniyaya yola düşəcək və Almaniya kansleri, Anqela Merkel ilə görüşəcək.