Gürcüstan Prezidenti Salome Zurabişvili Estoniyanın Prezidenti Alar Kari ilə görüşüb.
Bu barədə Salome Zurabişvili sosial şəbəkədə yazıb.
“Aİ-yə namizəd statusuna aparan bu həlledici yolda mən Gürcüstanın çoxdankı dostu və tərəfdaşı olan Estoniya Prezidenti Alar Kari ilə mühüm görüş keçirdim. Estoniyanın qətiyyətli dəstəyi Gürcüstan üçün həyati əhəmiyyət kəsb edir”-deyə Zurabişvili yazır.