Salome Zurabişvili Estoniya prezidentinə Vladimer Putinlə görüş zamanı Gürcüstan haqqında müzakirə etdiyi üçün təşəkkür etdi
Salome Zurabişvili Estoniya prezidentinə Vladimer Putinlə görüş zamanı Gürcüstan haqqında müzakirə etdiyi üçün təşəkkür etdi.
Gürcüstan prezidenti və Estoniya prezidenti arasında telefon söhbəti baş tutdu.
Gürcüstan prezidentinin mətbuat xidmətinin məlumatına görə, telefon zəngi Salome Zurabişvilinin təşəbbüsü ilə baş tutdu.
Gürcüstan prezidentinin bəyan etdiyinə görə, Estoniya prezidenti Gürcüstanın xüsusi dəstəkçisidir.
Onun dediyinə görə, Kersti Kaliulaidi bütün beynəlxalq forumlarda hər cür imkanlardan istifadə edərək, Gürcüstana dəstəyini bildirir.
Xatırladaq ki, Estoniya və Rusiya prezidentləri Kremldəki görüş zamanı, Gürcüstan haqqında da danışdılar. Bu barədə bəyanatı Estoniya prezidenti Kersti Kaliuladi Rusiyanın “Kommersant” qəzeti ilə müsahibəsi zamanı verdi.
“Əlbəttə ki, Estoniya Avropa Şurasının üzvüdür və sansksiyaların Avropa mexanizmini və Gürcüstan və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir”, – dedi Estoniya prezidenti.
Gürcüstanın “donmuş münaqişəsi” haqqında nələri müzakirə etdikləri ilə bağlı jurnalistin verdiyi suala isə, Estoniya prezidenti cavab verdi: “Məhz bunu müzakirə etdik və çıxış yolu haqqında danışdıq, ancaq təbii ki, bu məsələ ilə bağlı konsensunsa nail olacağımızı heç gözləmirdim də. Rusiya prezidentinə olan hörmətimə rəğmən, öz fikrimdə qaldım, eyni şəkildə, o da öz mövqeyini qorudu” – dedi Estoniya prezidenti.