Salome Zurabişvili - Ermənistanın Baş nazirinin səfərini təqdir edirəm, lakin prezidentə dost ölkələrin liderləri ilə görüşmək və onları müvafiq şəkildə qəbul etmək imkanı verilməməsi təəssüfdoğurur
Salome Zurabişvili - Ermənistanın Baş nazirinin səfərini təqdir edirəm, lakin prezidentə dost ölkələrin liderləri ilə görüşmək və onları müvafiq şəkildə qəbul etmək imkanı verilməməsi təəssüfdoğurur

Gürcüstan Prezidenti Salome Zurabişvili Ermənistanın Baş naziri Nikol Paşinyanın Gürcüstana səfərinə münasibət bildirir.

Prezidentin qeyd etdiyi kimi, “Prezidentə dost ölkələrin liderləri ilə Gürcüstana səfər çərçivəsində görüşmək və onları müvafiq şəkildə qəbul etmək imkanı verilməməsi təəssüfdoğurur”.

“Gürcüstan Prezidenti Ermənistan Respublikasının Baş nazirinin ölkəyə səfərini təqdir edir, lakin prezidentə dost ölkələrin liderləri ilə Gürcüstana səfər çərçivəsində görüşmək və onları müvafiq şəkildə qəbul etmək imkanı verilməməsi təəssüfdoğurur.

Aidiyyatı qurumların ölkəyə planlaşdırılan yüksək səviyyəli səfərlər, görüşlər və ya tədbirlər barədə prezidentə məlumat verməməsi də təəssüfdoğurucu və qeyd etməyə dəyər” – Salome Zurabişvilinin bəyanatında deyilir.

Nikol Paşinyan Gürcüstanda işgüzar səfərdədir. Səfər çərçivəsində Ermənistanın Baş naziri Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili ilə görüşüb. Görüşdən sonra Gürcüstan və Ermənistan arasında strateji tərəfdaşlıq memorandumu imzalanıb.