Gürcüstan Prezidenti Salome Zurabişvili Fransa Prezidenti Emmanuel Makronla görüşüb. Bu barədə məlumatı Salome Zurabişvili İnstaqramda yayıb.
Görüşdən sonra Salome Zurabişvili Makronla Gürcüstanın Avropa perspektivi ilə bağlı söhbət etdiyini bildirib.
Salome Zurabişvili deyib: “Biz sizi Parisdən salamlayırıq və mən çox şadam ki, Fransa Prezidenti ilə gələcək Avropa namizədliyimiz haqqında çox faydalı söhbət aparmışam”.