Salome Zurabişvili emiqrantlara müraciət edir ki, Gürcüstan vətəndaşlığını asan prosedurlarla qorumağa yardım edən qanundan istifadə etsinlər
Salome Zurabişvili emiqrantlara müraciət edir ki, Gürcüstan vətəndaşlığını asan prosedurlarla qorumağa yardım edən qanundan istifadə etsinlər.
Bu barədə Gürcüstan prezidenti öz Facebook səhifəsində yazır.
“Avqustun 15-nə qədər gürcü emiqrantlarına ölkəmizin vətəndaşlağını asan prosedurlarla qorumaq imkanını verən qanun qüvvədə olacaq. Bu təşəbbüsü bir neçə il bundan əvvəl başlatdım. Mənim üçün Gürcüstan vətəndaşlığının qorunması məsələsinin strateji əhəmiyyəti var və minlərlə Gürcüstan vətəndaşının bu şansdan istifadə etdiyi üçün çox sevinirəm.
Xüsusi ilə, yay tətilini Gürcüstanda keçirilən gürcü emiqrantlarına müraciət edirəm, mütləq vaxt ayırsınlar və bu asan prosedurlardan istifadə edərək, Gürcüstan vətəndaşlıqlarını qorusunlar” – yazır Salome Zurabişvili.
Salome Zurabişvili bəyanatının altında qeyd olunan qanunla bağlı link də göstərib.